Xəbərlər
Norveçli alpinist “Nims”in rekordunu qırmağı hədəfləyir
Norveçli alpinist Nirmal Purjanın rekordunu qırmağı hədəfləyir.
Kristin Harila aprel ayından bu yana 8000 metrdən hündür 14 zirvədən altısına çıxıb.
Kristin Harila adlı norveçli alpinist dünyanın 14 ən yüksək dağında Nirmal Purjanın sürət rekordunu qırmaq üçün yoldadır.
36 yaşlı Harila, Mayın 22-i Everest (8848m) və Lhotse (8516m) dağını bir təkanla fəthindən bir həftə keçməmiş 8463 metrlik Makalu zirvəsini fəth edib. O, cəmi 29 günə dünyanın ən hündür zirvələrindən altısını fəth edib.
Harila altı zirvəni Purjanın 2019-cu ildə əldə etdiyi nəticədən iki gün daha tez fəth edib.
“2019-cu ildə Nims 6 ay 6 günə 8000 metrdən hündür 14 dağın hamısını fəth edərək dünya rekordu vurdu. Əvvəlki rekord yeddi il idi. İndi mən göstərəcəyəm ki, bir xanım da bunu edə bilər!” – Harila öz ekspedisiyası barədə GoFundMe səhifəsində yazıb.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ