Xəbərlər
Qarabağ xalçası zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq
Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ İlmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağın “Çələbi” xalçası Şuşa şəhərindədir.
Layihə çərçivəsində toxunan xalça Şuşa işğaldan azad olunandan sonra burada toxunan ilk Qarabağ xalçası olub.
Qeyd edək ki, Qarabağ xalçası Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Onun gələcəkdə muzeydə eksponat kimi saxlanılacağı istisna edilmir.
Qarabağ xalçası Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.
Xalçaya ilk ilmələri “Azərxalça”nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurub. Sumqayıtda olanda şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.
Xalça “Azərxalça”nın dizaynerləri tərəfindən hazırlanıb və qədim naxışlarımızı özündə əks etdirən “Çələbi” xalçasıdır.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…