Xəbərlər
Qayaya dırmanma üzrə “Zəfər kuboku” yarışı keçirildi
8 noyabr Şuşanın işğaldan azad olunmasının il dönümü və Zəfər Günü ilə əlaqədar olaraq “Climbaku” dırmanma divarı zalında yaşı 16-dan yuxarı olan yeni başlayanlar üçün idman dırmanmasının sürət kateqoriyasında (cütlüklərin yarışı) “Zəfər kuboku” yarışı keçirildi.
Müxtəlif klubların və fərdi şəxslərin iştirakı ilə ümumilikdə 56 nəfər mübarizəyə qoşulmuşdur. Yarış iştirakçılar və tamaşaçılar arasında böyük marağa səbəb oldu.
Sonda qaliblərə kubok, medallar, diplomlar, pul mükafatı və yarışın sponsorlarından biri olan “Dagchi Shop” tərəfindən hədiyyə kuponları təqdim edildi.
Yekun nəticə:
Kişilər arasında:
1 – ci yer: Murtuz Həsənov
2 – ci yer: Turac Məmmədov
3 – cü yer: Fərhad Davidov
Qadınlar arasında:
1 – ci yer: Aysel Zamanova
2 – ci yer: Elnarə Mustafayeva
3 – cü yer: Emel Heydəybərova









-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ