fbpx
Connect with us

Xəbərlər

Qərb regionunda bir sıra marşrutlar nişanlanıb

Bir müddət əvvəl Qərb regionunda “Mountain Host” komandasının bir sıra marşrutları nişanladıqları barədə məlumat vermişdik. İndi isə həmin marşrutlardan biri olan Əzgilli – Çıraqlı marşrutu haqqında komanda ətraflı məlumat paylaşıb.

Göstəricilər:

Məsafə: 9.3 km
Yoxuş: 434 m
Eniş: 564 m
Maksimum hündürlük: 1880 m
Minimum hündürlük: 1370 m
Vaxt: 3 h 45 m
Dərəcə: Orta-çətin

– Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut, Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.

Əzgilli kəndindən Çıraqlı kəndinə qədər davam edən bu marşrut, torpaq maşın yolu ilə davam edir. Yol çılpaq təpəliklər və seyrək meşəlik ərazilərlə irəliləyir.
Yol boyu Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına açılan müxtəlif məzərələrlə yorulmaq bilməyəcəksiniz. Marşrut Çıraqlı kəndinə qədər işarələnib.

– Yol yalnız yolsuzluq avtomobilləri üçün uyğundur.

Çıraqlı kəndi Daşkəsən rayonuna aid olduğu halda bu rayondan oraya maşın yolu yoxdur, yalnız Göygöl rayonundan getmək mümkündür.

– Bütün mövsümlərdə gedilə bilər. May ayından Oktyabr ayının sonunadək çoban itlərindən ehtiyyatlı olmaq lazımdır.

Əzgilli kəndi Göygöl rayonunun Daşkəsən rayonu ilə sərhəd sonuncu kəndidir. Bu kəndə tək maşın yolu Toğana kəndindəndir.

– Göygöl rayon avtovağzalından Toğana kəndinə avtobus və ya taksilərlə gələ bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə dağ maşını gərəklidir. Dağ maşını ilə bağlı Göygöl Milli Parkının girişinə yaxınlaşaraq kömək ala bilərsiniz. Marşrutun başlanğıcı kəndin yuxarı çıxışındadır.

Çıraqlı kəndindən sonra maşın yolu yoxdur. Maşınla və ya piyada Əzgilli kəndinə qayıda bilər, yaxud Dəstəfur kəndinə qədər yenidən piyada gedə bilərsiniz.

Qeyd: Toğana kəndindən Əzgilli kəndinə gedən əsas yol ancaq 4×4 maşınlar üçün əlverişlidir. Kəndin aşağı hissəsində Hərbi hissə var, bura gələn yol asfaltdır, ancaq yol əhalinin istifadəsinə açıq deyil.

Marşrutu hazırladı: Abuzər Ağazadə, Mürsəl Qaşqay

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar