fbpx
Connect with us

Xəbərlər

Qırğızıstanda turistlər ölümlə üz-üzə qalıb

9 britaniyalı və 1 amerikalı Qırğızıstandakı Tyanşan dağlarında tur zamanı uçquna düşüb və qayalıqlarda olmaqları onları xilas edib. Onlar trekin ən yüksək nöqtəsinə təzəcə çatmışdı və Harry Shimmin uçurumun kənarında şəkil çəkmək üçün qrupdan ayrılıb.

“Şəkil çəkərkən arxamda buzun çatladığını eşitdim. Artıq bir neçə dəqiqə idi ki, orada olduğum üçün yanımda sığınacaq yeri olduğunu bilirdim. Mən uçurumun kənarında idim, ona görə də yalnız sığınacağa qaça bildim. Bəli, hərəkət etməyimi son saniyəyə buraxdım və bilirəm ki, dərhal sığınacağa keçmək daha təhlükəsiz olardı. Mən çox böyük riskə getdiyimin fərqindəyəm. Özümü idarə etdiyimi hiss etdim, amma qar üstümə yağmağa başlayanda və nəfəs almaq çətinləşəndə ölə biləcəyimi düşündüm” deyə o bildirib.

Qrupun qalan hissəsi uçqundan daha uzaqda olub. Onların hamısı təhlükəsizlikdə olmaqlarına baxmayaraq, buz birinin dizini çox pis kəsmişdi. Onu atlardan birinə mindirib ən yaxın tibb müəssisəsinə aparıblar.

Onlar yürüyüşdə 5 dəqiqə geciksəydilər, hamısı ölmüş olardı. Videoya diqqətlə baxsanız, otların arasından dolanan zəif boz cığır görə bilərsiniz.

Video: Harry Shimmin

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar