Xəbərlər
Quba və Qusar rayonlarında dağ turizm marşrutlarının cığırları işarələnib
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “Şimal və Şimal Qərb regionunda dağ turizm marşrutlarının tədqiqi və cığırların işarələnməsi” layihəsi çərçivəsində Quba və Qusar rayonlarında dağ turizm marşrutları işarələnib. Quba Destinasiya Menecmenti Təşkilatının iştirakı ilə həyata keçirilən layihədə 3 ədəd Quba və 3 ədəd Qusar rayonu olmaqla toplam 6 ədəd dağ turizm piyada marşrutları hazırlanıb.
Bunlar Quba rayonu üzrə Xınalıq – Qalaxudat (8.2 km), Qalaxudat – Qrız (9.3 km), Qrız – Qrızdəhnə (8.5 km), Qusar rayonu üzrə isə Şahdağ Turizm Mərkəzi – Laza (4.7 km), Laza – Kuzun (6.5 km) və Kuzun – Yerğikek (8 km) marşrutlarıdır.
Marşrut boyu quraşdırılmış nişanlar xüsusilə aktiv turizm fəaliyyəti ilə məşğul olan turistlər üçün həmin cığırların izlənilməsi, marşrutun çətinlik dərəcəsi və ümumi məsafə haqqında məlumatları özündə əks etdirir.
İşarələnmiş marşrutlar ətrafda yerləşən turizm məhsulları və xidmətlərinə əlçatan məsafədə seçilib.



-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ