Xəbərlər
Quraqlığa görə Venesiyanın məşhur kanalları quruyur
Yaxın gələcəkdə Venesiyaya getməyi planlaşdıran səyahətçilər şəhərin mənzərəli kanallarını görməyə və hətta qondola gəzintisindən həzz almaya bilərlər. Buna səbəb İtaliyada görünməmiş quraqlıqdır.
Quru hava, qabarma və çəkilmə səbəbindən şəhərin bir neçə kiçik kanalı quruyub, qondolaların hərəkəti dayandırılıb. Bu turistlər və Venesiya şəhəri üçün böyük bir faciə deməkdir. Üstəlik, hazırda təcili yardım qayıqlarının təyinat yerlərinə çatması da çətinləşib.
Ekspertlərin fikrincə, Venesiyada su qıtlığı 2020-2021-ci ilin qışından bəri artmaqdadır. Normal səviyyəni bərpa etmək üçün 50 gün yağış yağması lazımdır.
Bu da maraqlıdır: Venesiyaya giriş turistlər üçün pullu olacaq
Son illər Venesiya su yollarını saxlamaq və turizmi qorumaq üçün kifayət qədər addımlar atıb. Hakimiyyət Giudecca kanalı yaxınlığındakı laqondan böyük kruiz gəmilərinin hərəkətini qadağan edib. Bundan əlavə, Venesiya bir günlük səfərlər üçün ödəniş tətbiq etməyi planlaşdırır. Düzdür, proqramın başlaması bir neçə dəfə təxirə salınıb və indi onun nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.
Venesiya bu kimi problemlər yaşayan tək yer deyil. Alp dağlarında bir neçə dağ-xizək kurortu yanvar ayında qarın olmaması və şaxtalı temperatur səbəbindən bağlanmağa məcbur olub.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər4 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ