fbpx
Connect with us

Xəbərlər

Quru sərhədlərin açılması üçün kampaniya başladılıb

“Change.org” platformasında “Quru sərhədlərini açaq, turizmi canlandıraq” adlı petisiya başladılıb.

Petisiyanın müəllifi İlkin Rüstəmov sosial şəbəkədə bunları qeyd edib:

“Mənim turizmçi dostlarım, həmkarlarım, məni tanıyanlar bilir ki, mən bakalavr təhsilimi turizm üzrə bitirmişəm və son 13 il ərzində həm ölkə daxilində, həm ölkə xaricində ancaq turizm müəssələrində çalışmışam. Demək olar ki bütün peşəkar fəaliyyət ömrümü turizmə və otelçiliyə həsr etmişəm. Ölkəmizin göz önündə israf olan turizm potensialını görmək bir çoxlarımız kimi məni də heyfsləndirir. Ölkənin quru sərhədlərinin bağlı olması halhazırda böyük bir turist axınının ölkəyə daxil olmasını əngəlləyir. Bir inam, bir ümid olaraq mən belə bir petisiya hazırladım: “Quru sərhədlərini açaq, turizmi canlandıraq” başlığı ilə, bəlkə səsimiz eşidildi deyə. Dostlar, xüsusən də turizmçi dostlar, qatılaq, imzalayaq”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar