Xəbərlər
“Rebuild Karabakh” sərgisi start götürüb

Oktyabrın 20-də Bakıda “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” adlı ilk beynəlxalq sərgi açılıb.
Sərginin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin səmərəliliyini artırmaq, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığını gücləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və təsirli məhsulları, layihələri və həll yollarını nümayiş etdirməkdir.
Azərbaycanın bir çox dövlət strukturları və özəl şirkətləri sərgi iştirakçıları arasında təmsil olunur.
Sərgidə “yaşıl enerji”, “ağıllı kənd” layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının və su qurğularının bərpası, mühafizəsi və səmərəli istifadəsi layihələri, yeni hava limanları və bir çox digər layihələr təqdim olunub.
3 gün ərzində sərgiyə gələnlər 17 ölkədən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər. “Burdan Bura” sərgidən fotoları təqdim edir.
Fotolar: Teymur Məmmədov









-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…