
Rəcəb Səfərov
Doğum tarixi: 17 aprel, 1996
Təhsili: Roma Sapientsa Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @radj_sfarov
Facebook: Rajab Safarov
Rəcəb Səfərovun 17 aprel 1996-cı ildə anadan olub və artıq 4 ildən çoxdur ki, İtaliyada yaşayır. Magistratura təhsilini uğurla bitirdikdən sonra doktorantura pilləsinə baş vurub. Hazırda Romanın Sapienza Universitetində Beynəlxalq Nizam və İnsan Hüquqları sahəsi üzrə təhsilini italyan dilində davam etdirir.
Uşaqlıqdan coğrafiya fənninə yaranan xüsusi marağı səyahət etmək eşqini alışıb-yandırırdı. Xəritələrə saatlarla baxır, ən ucqar nöqtələrdə olmağı arzulayırdı. İndi isə həmin arzularını yavaş-yavaş gerçəkləşdirməyə başlayıb. Bu vaxta qədər 37 ölkə, 179 şəhərdə olub. Olduğu ən ucqar ərazilər şimalda Tallinn, cənubda Qəşm adası, şərqdə Bəndər Abbas, qərbdə Lisabondur. mümkün olmadığını bilsə də, amma, hər bir BMT ölkəsinə səfər etməyi çox arzulayır.
Bu qədər olduğu şəhərlər sırasında yeganə şəhər var ki, tayı-bərabəri heç yerdə yoxdur. Adını tərsinə oxuyanda sevgi mənasına gələn Roma şəhəri ziyarətçilərini elə zəhərləyir ki, insan ondan ayrıla bilmir. Rəcəb üçün İtaliya bir dünyadır, gəzdikcə bitmir. Zəngin yeməkləri, dünyada məşhur maşınları, dəbi, memarlığı, incəsənəti, musiqiləri, təbiəti və iqlimi çox möhtəşəmdir. Növbəti xüsusi diqqətini çəkən ölkə isə İspaniyadır.
Gələcəkdə iş məhdudiyyətləri gözə çarpacaq dərəcədə maneə ola bilər deyə tələbəlik illərindən istifadə edib bacardıqca tez-tez səyahət etməyə çalışır.
Rəcəb deyir ki, səyahət istənilən insana müsbət təsir bağışlayır. Səyahət insanı daha da açıq düşüncəli olmağa vadar edir. Səyahət düşündürür, analiz qabiliyyətini inkişaf etdirir.

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…