Xəbərlər
Rinat Rəhimxanov Xan-Tenqri zirvəsini fəth edib
Rinat Rəhimxanov Xan-Tenqri zirvəsində (7010 m).
Explore Mountains komandasının rəhbəri və əsas bələdçisi Rinat Rəhimxanov post-sovet ölkələrinin ən hündür dağlarından, 5 yeddiminliklərdən biri – Xan-Tenqri zirvəsinə qalxdı.
Rinat Qırğızıstana iyunun əvvəli gedib və Pamir dağlarında bir neçə aklimatizasiya yürüşləri etdikdən sonra Qırğızıstanın digər ən hündür dağlarından biri Pobeda dağına alp stilində qalxmağa cəhd edib. Təəssüf ki, pis hava şəraitinə görə komanda zirvəyə 200 metr qalmış böyük çətinliklə geri dönməli olub.
Xan-Tenqri dağı olduqca çətin və texniki bir zirvə idi, amma buna baxmayaraq Rinat 2-3 gün istirahətdən sonra yenidən Pobedaya qalxmağa cəhd edəcək.
Xatırladaq ki, MDB ölkələrinin ən hündür 5 zirvəsini fəth edən insana “Dağ bəbiri” statusu verilir. Rinat artıq Lenin zirvəsində olub. Burdan Bura komandası onu təbrik edir və növbəti yürüşün təhlükəsiz və uğurlu olmasını arzu edir!




-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ