Rüfət Qocayev
Doğum tarixi: 13 oktyabr, 1978
Təhsili: Azərbaycan Dövlət İqtisad Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @rufatgojayev
Facebook: Rüfət Qocayev
“Qartal Dağçılıq İdman Klubu”nun qurucusu və rəhbəri Rüfət Qocayev Cəfər oğlu 13 oktyabr 1978-ci ildə Bakıda anadan olub. 1995 – 1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarətin idarə edilməsi” fakültəsini bitirib. Dağlara həvəsi uşaq vaxtından olub və ilk zirvəsi 1995-ci ildə 2600 metr hündürlüyündə olub. @rufatgojayev 2005-ci ildən peşəkar alpinizmə başlayıb və bugünədək karyerasına davam edir. Azərbaycan üzrə həm mədəni ekskursiyaların həm də dağ bələdçisidir.
Fəaliyyət
– Azərbaycan ərazisindəki bütün 4000 metrlik zirvələrdə olub.
– 2007-ci ildə Tufandağ (4191 m) və Şahdağa (4243 m), 2009-cu ildə isə Heydər Əliyev (3751 m) zirvələrinə 4A çətinlik səviyyəsinə qədər müxtəlif marşurutlarda çıxışlar edib.
– 2008-ci ildə İlham zirvəsinin adlandırılmasında (4042m) fəal iştirak edib.
– 2010-cu ildən Rüfət Azərbaycan Alpinizm Federasiyası milli komandasının üzvüdür.
– 9 dəfə 7000 metrdən yüksək zirvələrdə olub.
– 2012-ci ildə Pamirdə 3 ən yüksək 7000 metrlik zirvəyə qalxdığı üçün Gənclər və İdman Nazirliyi tərəfindən Alpinizm üzrə “İlin idmançısı” adına layiq görülmüşdür.
– 2012-ci ildə Rusiya, Şimali Qafqazdakı Dağ Xilasetmə Məktəbini bitirib (283 nömrəli jeton)
– Alpinizmdə 1-ci idman dərəcəsinə namizəddir.
– Rüfət Qocayev “Qar Bəbiri” fəxri adına namizəddir.
– 2012-ci ildə “QARTAL Dağçılıq İdman Klubu” təsis edib.
– 2013 ildə Karakorum dağlarında Nanqa Parbat (8126 m) zirvəsinə Azərbaycan ekspedisiyasında iştirak edib.
– İlk Azərbaycanlı olaraq bir çıxışda qışda Elbrus zirvələrinə (qərb-5642; şərq-5621) dırmanış edib.
– Dəmavəndə (5671m) 2 dəfə qış dırmanışı, 1 dəfə qış şimal-cənub traversi edib.
– Gürcüstanda Kazbekə (5010m) 3 dəfə idman çıxışı olub, Çauxiyə 4A kateqoriyalı marşurut keçib.
– Azərbaycanı qərbdən şərqə 28 günə 500 km piyada keçib
– 180-dən çox yüksək dağlıq ərazidə olmuşdur.
– 2021-ci ildə Zəfər zirvəsinin (4301m) təsis edilməsində iştirak edib.
– Azərbaycanda hər il yeni texniki marşrutlar keçir və aktiv olaraq alpinizmlə məşğuldur.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları