Xəbərlər
Şabran rayonunun tarixi Pirəbədil kəndi ziyarət edilib
Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşları regionun turizm resurslarının araşdırılması və yeni turizm marşrutlarının formalaşdırılması məqsədilə Şabran rayonunun tarixi Pirəbədil kəndini ziyarət ediblər. Kəndin turizm resurslarının qeydə alınması istiqamətində aidiyyəti şəxslərlə görüşlər keçirilmiş və bir neçə fəaliyyət nəzərdən keçirilmişdir.
Kənd Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu üzərində yerləşir və Sumağava, Sumağavaqazma, və Zöhramlı kəndləri ilə eyni inzibati ərazi dairəsinə aiddir. Kəndin ərazisində 1862-ci ildə inşa olunmuş Pirəbədil Tarix Muzeyi yerləşir. Muzeyin binası 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. Muzeyin tarixi, xarici görünüşü və tikiliş üslubu kəndin qonaqlarının diqqətini cəlb edir. Bundan başqa, kənddə bəzi qonaq evlərində və muzeyin özündə Quba-Şirvan xalça məktəbinin nümunələrindən hesab olunan Pirəbədil Çeşnisi xalçalarının toxunma prosedurunu izləmək olar. Kənddəki digər turizm fəaliyyətinə isə etnik mətbəx nümunələrini təcrübə etmək aid olunur. Kənd ərazisində, bulaqların yerləşdiyi bir neçə meşəlik ərazidə kiçik istirahət məkanları mövcuddur ki, burada piknik və gəzinti kimi açıq hava turizm fəaliyyətləri həyata keçirilə bilər.
Ziyarət əsnasında qonşu Qazma kəndində Nüsrət Xəlilova məxsus aqroturizm təsərrüfatına baş çəkildi. Burada meyvə bağı, tərəvəz sahəsi, o cümlədən qonaqlama və qidalanma kimi xidmətlərin təşkil olunması üçün kiçik infrastruktur mövcuddur.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…