fbpx
Connect with us

Jurnal

Şahdağ zirvəsi

Şahdağ zirvəsi

Şahdağ zirvəsi Qafqaz dağ sistemində Böyük Qafqaz sıra dağlarının Yan silsiləsinin ən uca, Azərbaycanın isə üçüncü ən yüksək zirvəsidir. Hündürlüyü 4243m (4253m) olan Şahdağ, Rusiya ilə sərhədə yaxın Qusar rayonu ərazisindədir. Zirvə ilk dəfə 1892-ci ildə rus dağçı və topoqraf Andrey Pastuxov tərəfindən dırmanılmışdır.

Şahdağ qarlı zirvələri olmadan möhtəşəm bir qalaya bənzəyir. Bu qaladan baxanda bütün təbiətini heyranlıqla seyr edə bilərsən. Dağın landşaftı buzlaqlar, şəlalələr, göllər, subalp çəmənlikləri və sairədən ibarətdir.

Bu da maraqlıdır: Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi

Zirvə həmçinin, bütövlüklə Qusar rayonun ərazisinə daxil olan Şahdağ platosunun ən yüksək nöqtəsidir. Bu platonun qərbindəki kiçik bir hissə Dağıstana (Rusiya) aiddir.

Dağın 3750-3800 metr yüksəkliyində qayalıqlar arasında Avropanın ən yüksək göllərindən biri, Azərbaycanın isə ən yüksəkdə yerləşən dağ gölləri, “Nuh gölləri” yerləşir. 3700 metrdən yuxarıda buzlaqları görmək mümkündür.

Nuh gölləri. Foto: Elmar Azimli

Şahdağ zirvəsi Bakıdan 210 km məsafədə yerləşir. Marşrutu orta çətinlikdədir. Zirvəni “Burdan Bura”edən yollar Qusarın Laza və Sudur kəndlərindən keçir.

2019-cu il may ayında fotoqraf Lyokin Bakıdan, Binə qəsəbəsindən Şahdağ zirvəsinin fotosunu çəkib. Bu foto sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdur.

Bakıdan Şahdağ zirvəsinin görüntüsü. Foto: Lyokin

Zirvəsi daimi qar və buzlaqla örtülü olan bu dağda 2012-ci ildən Azərbaycanın ilk və ən böyük Şahdağ Qış-Yay Turizm Kompleksi fəaliyyət göstərir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar