Xəbərlər
“Şamaxı Safari parkı” ziyarətçilər üçün açılıb və turizm marşrutunun təqdimatı keçirilib
“Şamaxı Safari parkı”nın ziyarətçilər üçün açılışı olub və turizm marşrutunun təqdimatı münasibəti ilə 10.10.2021-ci il tarixində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının bələdçiləri və media nümayəndələri üçün infotur keçirilmişdir.
Burdan Bura xəbər verir ki, infotur çərçivəsində Safari Parkın turizm üzrə koordinatoru Leyla Əliyeva tərəfindən ziyarətçilərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədi ilə 2013-cü ildə “AzərEkov” MMC yaradılmışdır. “AzərEkov” MMC-nin əsəs məqsədlərindən biri iri və xırda buynuzlu vəhşi heyvanların yetişdirilməsi və açıq təbiətə buraxılmasıdır.
Vəhşi heyvanlar üçün ekoloji təmiz qoruğun yaradılması məqsədi ilə Şamaxı rayonunun ərazisində yerləşən “Pirqulu” dağ-meşə massivində 1040 hektar sahəsi olan ərazinin hüdudları çərçivəsində, heyvanların təbii mühitdə bəslənməsi və qorunması məqsədi ilə 830 hektar ərazi beynəlxalq standartlara uyğun olaraq çəpərlənmişdir. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan dövlətlərinin maralçılıq təsərrüfatlarından 420 baş genetik qiymətli üç növə aid nəcib maral, lan və muflon heyvanları gətirilərək, xüsusi mühafizə edilən əraziyə buraxılması təmin edilmişdir. “AzərEkov” tərəfindən həyata keçirilən seleksiya və baytarlıq tədbirləri nəticəsində həmin heyvanların sayı 1000 başı ötmüşdür. Həmçinin alpaka (13 baş), lama (10 baş), bizon (8 baş), zubr (1 baş), yak (1 baş) ərazidə vardır.
Eyni zamanda təsərrüfat ərazisində Safari Park yaradılmışdır. Bura gələcək turistlər təbiət qoynunda dincələ, vəhşi heyvanları təbii mühitdə seyr edə və foto ovçuluq ilə məşğul ola biləcəklər.
İnfotur, ümumi “Şamaxı Safari Parkı” ilə tanışlıq ekskursiya ilə başlamış və Dəmirçi kəndində çay, qəlyənaltı fasiləsi ilə yekunlaşmışdır.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…