fbpx
Connect with us

Xəbərlər

Şamaxı şəhəri 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilib

“Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə qeyd edib.

Tədbirdə çıxış edən Fuad Nağıyev Azərbaycanda turizm sənayenin artıq özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.

Agentlik sədri “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intesivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin azad edilmiş torpaqların böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı qaydaları təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul edilib.

Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar