fbpx
Connect with us

Xəbərlər

Şəkidə bələdçilərin təlim düşərgəsi başlayıb

Şəkidə “Dövlət Turizm Agentliyinin qrantı əsasında təlim düşərgəsi həyata keçirilir. “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üztə təlim düşərgəsi” layihəsi bu gün start götürüb.

Burdan Bura xəbər verir ki, Dövlət Turizm Agentliyinin 2022-ci ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan 9 layihədən biri təbiət bələdçiləri ilə bağlı idi. Təlim düşərgəsi layihə çərçivəsində 3 gecə 4 gün təşkil olunur. Layihə rəhbəri dağ bələdçisi Müşfiq Səmədlidir.

Bu da maraqlıdır: Şəkidə dağ bələdçiləri üçün təlim düşərgəsi keçiriləcək

Layihə Şəkidə, yaşayış ərazisindən 6 km aralı xüsusi ərazidə keçiriləcək. Bütün nəqliyyat, qalmaq və yemək layihə tərəfindən maliyyələşdirilir.

4 gün ərzində aşağıdakı mövzularda peşəkarlar tərəfindən təlimlər keçiriləcək:
– Təbiətdə ilk yardım
– Təməl dağçılıq və təbiət bələdçiliyində təhlükəsizlik
– Səmti müəyyənetmə
– Azərbaycan florası və göbələk növləri
– Zəhərli həşəratlar və ilanlar
– Quş müşahidəsi turizmi

Layihəni uğurla bitirənlərə Ekologiya Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Alpinizm Federasiyasının təsdiqlədiyi sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, layihə 20 nəfərlik 2 qrup halında keçirilir.
1-ci qrup üçün – 18-21 May
2-ci qrup üçün – 8-11 iyun

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar