fbpx
Connect with us

Xəbərlər

Şəkidə keçirilən bələdçilərin təlim düşərgəsi başa çatıb

Ölkədə ilk dəfə olaraq keçirilən təbiət bələdçiləri üçün təlim düşərgəsi başa çatıb. Şəkidə keçirilən təlim 4 gün davam edib.

Azərbaycan Dövlət Turizm Agentliyinin qrandını qazanan Müşfiq Səmədli və komandası layihənin birinci hissəsini dünən yekunlaşdırıblar. Bələdçilərin hər biri təlimlərin nəzəri və praktiki hissəsini uğurla tamamlayıb sertfikata layiq görüldülər. Təqdim olunan setfikatı alan şəxsləri Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Ekologiya Və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Alpinizm Federasiyası təbiət bələdçisi kimi tanıyır. Müşfiq Səmədli bütün bələdçilərə gələcək işlərində uğurlar arzulayıb.

Bu da maraqlıdır: Şəkidə bələdçilərin təlim düşərgəsi başlayıb

Qeyd edək ki, layihənin ikinci hissəsi iyun ayının 8-dən 11-dək keçiriləcək.
Əlavə olaraq vurğulayaq ki, təlimə qeydiyyat bitmişdir və bütün yerlər doludur.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar