
Sevinc Babaşlı
Doğum tarixi: 16 dekabr
Təhsili: Bakı Dövlət Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @sevinchuseyn
Facebook: Sevinc H.Babaşlı
Mexanika ilə başlayıb, mühasibatlıqla davam edib dağçılığa doğru irəliləyən Sevinc Babaşlı.
Sevinc BDU Mexanika-Riyaziyyat fakültəsi, mexanika ixtisasını bitirməsinə baxmayaraq, mühasibat sahəsində işləyir. Bu vaxta qədər başqa sahələrdə özünü yoxlamaq istəsə də, hələ ruhuna yaxın olanını tapa bilməyib.
Səyahət
Təbiətlə bağı 2017-ci ildə başlayıb. Odur-budur ruhunun təbiətə yaxın olduğunu görüb. Əvvəllər ailə ilə gəzintiləri olsa da, insanın özünün gəzməsi tamam başqadır deyir. Xülasə, hələ heç yeri gəzməmişəm deyənlərə sözümüz var, Sevinc Babaşlı 27 yaşında başlayıb gəzməyə bəs sən nəyi gözləyirsən?
5 il boyunca Azərbaycan daxili gəzən Sevinc bir dəfə Gürcüstana da dəyməyi bacarıb. Daha çox qrupla olan, 3-4 nəfərlik yürüşlər və avtostop edib. 5 ilə yaxın gəzməyinə baxmayaraq Azərbaycanın bir çox yerində olmayıb. Amma elə yerlər də olub ki, oranın bütün fəsillərini görüb. Məsələn Lazanın həm payızına, həm qışına, həm də yayına şahidlik edib.
Səyahətlərinə eyni zamanda dağ yürüşləri də daxildir. 2000-lik zirvələr də daxil olmaqla iki 4000-lik ( Bazardüzü və Şahdağ), iki 3000-lik (Kəpəz və Qızılqaya) zirvə yürüşü olub.
Eyni zamanda ölkə xarici səfər planları da var. 2020-də Bosniya ağlında olsa da karantin səbəbindən alınmadı. Hara getməyindən asılı olmayaraq getdiyi yerdə əsas gözəlliyi görə bilmək, mənəvi rahatlıq tapa bilmək, digər həyatlara şahid ola bilməyi sevir. Azərbaycanda hələ görmədiyi, olmaq istədiyi çox yer var. Gəzərkən, səyahət edərkən gözündə böyütdüyü problemlər fındıq boyda olur, həyatın sadəcə Bakıdan ibarət olmadığını görürsən, dağlara çıxmaq həm də sənin sərhədlərini yoxlaya bilmək üçün fürsət olur. Sevincin həmişə dediyi bir söz var, təbiətlə qal.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ