fbpx
Connect with us

Xəbərlər

“Show Me Azerbaijan” layihəsi start götürüb

28 may tarixində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Show Me Azerbaijan” lahiyəsi start götürüb.
Layihədə Türkiyə, Pakistan, ABŞ, İsveçrə, Əlcəzair, Portuqaliya, Qazaxıstan, Özbəkistandan ümumilikdə 14 səyahət blogeri iştirak edir. Aralarında məşhur “Youtube” və “Twitter” istifadəçiləri də var. Layihədə Azərbaycanı “İradə Qədirova” təmsil edir.

Qeyd edək ki, sözügedən layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi- tarixi və mədəni irsini beynəlxalq sosial şəbəkələrdə tərənnüm etmək və Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq səviyyədə tərənnüm etməkdir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar