Xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Bazardüzü və Zəfər zirvələrinə yürüş
Ordumuzu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik. Bizə zəfər sevincini yaşadan hərbçilərimizə və Ali Baş Komandan İlham Əliyevə minnətdarıq
Ordumuzu 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik. Bizə zəfər sevincini yaşadan hərbçilərimizə və Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Komandamızın üzvü Vüsalə Abdullayeva da bu münasibətlə “Baku Alpine Club”un təşkilatçılığı, Firuz Dadaşovun bələdçiliyi ilə Azərbaycanın ən hündür iki zirvəsi, Bazardüzü və Zəfər zirvələrinə yürüşü uğurla tamamlanmışdır. Zirvədə Azərbaycan Respublikasının Dövlət Bayrağı, eləcə də komandamızın və digər təşkilatların bayrağı dalğalandırılıb.
Tezliklə yollar açılsın və Qarabağa turistik səfər edək, bayrağımızı Qarabağın zirvələrində dalğalandıraq.