Zəfər zirvəsi Bazardüzü zirvəsindən təxminən 1.5 km aralıda, Azərbaycan - Rusiya sərhədində yerləşir. Azərbaycanın ikinci ən hündür zirvəsi.
1 il əvvəl çətin qış şərtlərində “Zəfər Azərbaycanındır!” adlı 10 günlük ekspedisiya həyata keçirildi.
Ordumuzu Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirik. Bizə zəfər sevincini yaşadan hərbçilərimizə və Ali Baş Komandan İlham Əliyevə minnətdarıq
Bazardüzü zirvəsindən şərqdə yerləşən "Şərqi Bazardüzü" 4301m hündürlükdəki adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilib.