Sima Səfərova
Doğum tarixi: 2 oktyabr, 1990
Təhsili: Western University
Sosial şəbəkə hesabları:
Instagram: @sima_safarova
Facebook: Sima Safarova
Sima Səfərova 1990-cı ildə Bakıda doğulub. Universiteti İngilis dili filologiyası sahəsi üzrə oxuyub, lakin məzun olduqdan sonra bütün işlədiyi sahələrin ona maraqlı olmadığını hiss edir. Bir çox sahələrdə çalışsa da sonda sənədlərini (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinə verir və 2014-cü ildə bütün normativləri keçərək qəbul olur. Elə o gündən sevdiyi işlə zövq alaraq məşğul olur.
Dağlar
Dağlara həvəsi universitetin təsadüfi bir tədbiri ilə başladı (buzadırmanma yarışı). Bir neçə ay içində yarışlardakı uğurlarına görə yığma komandaya üzv olaraq ölkə xaricində millini təmsil etməyə başladı. Ölkə daxili 13 qızıl, ölkə xarici isə 2 bürünc medala layiq görülüb. Ölkəmizi həm də beynəlxalq xilasetmə dəstəsinin tərkibində bir çox təlimlərdə təmsil edib. 2018-ci ildə prezident tərəfindən hərbi xidmətlərə görə medalına layiq görülüb.
Azərbaycanın bütün hündür zirvələrində bələdçilik edib və hazırda da etməkdədir. Çıxdığı ən hündür zirvə Avropanın ən uca zirvəsi Elbrus (5642) olub. Ayaqlarının donmağına və bir neçə dəfə üzü yanmasına baxmayaraq dağlara olan sevgisi bir qram da olsa azalmayıb. Ən böyük arzusu bu idman növündə bəylər qədər xanımların da iştirakıdır.
Sima deyir ki, dağçılığa yeni başlayanda ləvazimat qıtlığı hiss olunurdu. Sonralar Rumıniyadan münasib qiymətə keyfiyyətli outdoor ləvazimatları kəşf edir və 2015 – ci ildən 3 nəfərlə (Emil və Mustafa) Azərbaycana gətirilməsinə başlayır. 2019-cu ildən isə bu fəaliyyətinə “Yonja” adlı mağaza açaraq davam edir. Gəlirli bir sahə olmasa da, insanlarla ünsiyyət, onları düzgün yönləndirmək və təcrübələrini paylaşmaq ona xoş təəssürat bağışlayır. Məqsədi bu idman növünün Azərbaycanda inkişafıdır. Və az da olsa bu yolda rol oynamağa çalışır.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…