fbpx
Connect with us

Xəbərlər

Şuşanın baş planı təsdiq edilib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə səhifəsində yazıb:

“Ölkə başçısının göstərişi ilə Şuşanın BaşPlanı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır. Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı #yaşıl halqa yaradılacaq.

Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq. BaşPlan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılmış, buna əsasən #nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanmışdır.

Şuşanın Baş planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur. Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar