fbpx
Connect with us

Xəbərlər

Turizm informasiya mərkəzləri ləğv olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, turizm informasiya mərkəzləri ləğv edilib.

Ləğv edilmiş mərkəzlər aşağıdakılardır:

1. Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
2. Şamaxı Turizm İnformasiya Mərkəzi;
3. Xaçmaz Turizm İnformasiya Mərkəzi;
4. Quba Turizm İnformasiya Mərkəzi;
5. Lənkəran Turizm İnformasiya Mərkəzi;
6. Gəncə Turizm İnformasiya Mərkəzi;
7. Şəki Turizm İnformasiya Mərkəzi;
8. Zaqatala Turizm İnformasiya Mərkəzi;
9. Qəbələ Turizm İnformasiya Mərkəzi;
10. İsmayıllı Turizm İnformasiya Mərkəzi;
11. Bərdə Turizm İnformasiya Mərkəzi.

Qeyd edək ki, daha öncə, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalamışdı.

Fərmanla Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb:

1. Bakı-Abşeron Regional Turizm İdarəsi;
2. Gəncə Regional Turizm İdarəsi;
3. Şəki Regional Turizm İdarəsi;
4. Lənkəran Regional Turizm İdarəsi;
5. Mingəçevir Regional Turizm İdarəsi;
6. Quba Regional Turizm İdarəsi;
7. Qarabağ Regional Turizm İdarəsi;
8. İsmayıllı Regional Turizm İdarəsi.

Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar