fbpx
Connect with us

Xəbərlər

Türkiyənin önəmli turizm destinasiyalarında yanğınlar

Türkiyənin dörd bir tərəfini bürüyən yanğınlar hələ də davam edir.

Dünən saat 12:00 radələrində başlayan meşə yanğını küləyin də təsiri ilə qısa müddətdə yayıldı. Antalya, Muğla, Adana, Kayseri, Osmaniye, Mersin vilayətlərində yanğınlar davam edir. Xüsusilə, Antalyanın Manavqat yaşayış mərkəzi və turizm bölgəsində vəziyyət çox ağırdı. Bu rayondakı yanğında 3 nəfər ölüb, biri ağır olmaqla 138 nəfər yanıq xəsarəti alıb. Adanada 21 fərqli nöqtədə baş verən yanğın 7 vətəndaşın səhhətinə mənfi təsir göstərib. Yanğına yaxın xəstəxana, otel və yaşayış məskənlərindən sakinlər təxliyə olunur.

Yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə Böhran Mərkəzi yaradılıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli və ətraf mühit və şəhərsalma naziri Murat Kurum ekoloji böhran hadisəsi ilə bağlı birgə brifinq keçiriblər.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar