fbpx
Connect with us

Xəbərlər

Uçan avtomobil uçuşa yararlılıq sertifikatını qazandı

160 km/saat sürətlə və 2500 m hündürlükdə uça bilən avtomobilə Slovakiya Nəqliyyat İdarəsi tərəfindən uçuşa yararlılıq sertifikatı verilib.

AirCar hibrid avto-təyyarə BMW mühərriki ilə təchiz edilib və adi benzin yanacağı ilə işləyir.

Avtomobildən təyyarəyə çevrilmək 2 dəqiqə 15 saniyə çəkir.

Sertifikatlaşdırma 70 saatlıq sınaq uçuşundan və 200-dən çox uçuş və enişdən sonra həyata keçirilib.

“AirCar”ın sertifikat əldə etməsi çox səmərəli olan uçan avtomobillərin kütləvi istehsalı üçün qapı açır” – onun yaradıcısı, professor Stefan Klein deyib.

Qeyd edək ki, 2021-ci il iyun ayında uçan avtomobil Slovakiyanın Nitra şəhərinin hava limanı ilə Bratislava Beynəlxalq Hava Limanları arasında 70 kilometr məsafəni 35 dəqiqəyə qət etmişdi.

Şirkət BBC News-a bildirib ki, “yaxın gələcəkdə Parisdən Londona uçmağı” planlaşdırır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar