Xəbərlər
Ukraynanın ən uzun dağ marşrutuna səyahət: SİNEVİRƏ KEÇİD
Yanvarın 22-də Alina, Pişkoni-Neqrovets istiqamətində hərəkət edərək Sinevir Milli Parkına keçidə başlayıb.
“Yalnız indi başa düşdüm ki, bugünədək qət etdiyim yüz kilometrlik marşrutda neçə gün olduğumu saymağı dayandırmışam. Həftənin, günlərin yerini artıq xatırlamıram. Buradakı günlərim, kilometrlərlə, zirvələrlə ölçülür. Yeri gəlmişkən, indi ayın neçəsidir?
Fotoda dünənki Sinevirə keçiddə qarın dərinliyi əks olunub. Bu gün qar yağdığına görə, Pişkon-Neqrovetsə, meşəyə doğru qalxacağam”. Bu barədə Alina sosial şəbəkələrdəki bloqunda məlumat verib.
Daha öncə xəbər verdiyimiz kimi, Avdeyevkadan olan təcrübəli turist Alina Kosovska 2022-ci ilin qışına kifayət qədər iddialı bir layihə ilə başlayıb: O, Ukraynanın ən uzun dağ marşrutu hesab edilən – uzunluğu 400 kilometr olan Transkarpat Turist Marşrutunu (ZTSh) keçmək niyyətindədir.

-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ