fbpx
Connect with us

Xəbərlər

Venesiyaya giriş turistlər üçün pullu olacaq

Venesiyanın tarixi mərkəzinə giriş tezliklə turistlər üçün pullu olacaq.

İtalya mediası turistlərin Venesiyaya giriş haqqının fevralda tətbiq olunacağını bildirir.

ATOR İtaliya mətbuatına istinadən xəbər verir ki, bir günlük gələn turistlər üçün Venesiyadakı tarixi mərkəzə giriş artıq fevral ayında biletlə olacaq. Ola bilər ki, bir neçə həftədən sonra Venesiyanın tarixi mərkəzinə sərbəst daxil olmaq mümkün olmasın. Giriş biletlərinin satışının başlanmasının dəqiq tarixi məlum deyil, lakin italyan nəşrləri eksperimentin pilot rejimdə fevralın 19-da start götürən ənənəvi Venesiya karnavalından sonra başlana biləcəyini istisna etmirlər.

Ehtimal olunur ki, turistlər yalnız bir gün ərzində etibarlı olacaq beş avroluq onlayn biletləri bron etdikdən sonra şəhəri ziyarət edə biləcəklər. Biletlə yalnız bir dəfə daxil olmaq mümkün olacaq.

Ödənişli girişin işə salınması üçün hər şey hazırdır: mərkəzin girişləri nəzarət-buraxılış məntəqələri ilə təchiz olunub. Tarixi zonada quraşdırılmış 500 kamera vasitəsilə ziyarətçi axını gecə-gündüz izləniləcək. Hakimiyyət “qeyri-qanuni turistlərin” – şəhəri vaxtında tərk etməyənlər üçün bu addımı atdığını bildirir. Onlar kameralar və cib telefonlarından alınan məlumatlar vasitəsilə izləniləcək, daha sonra polis qanunu pozanları qovacaq.

Bələdiyyə qısa səfərlərin sayını azaltmaq üçün şəhərə səfərlə bağlı yeni qaydalar hazırlayır. Səlahiyyətlilərin məlumatına görə, pandemiyaya baxmayaraq, hər gün “Adriatik mirvarisi”ni 100 minə yaxın qonaq ziyarət edir. “Məqsəd sakinləri sıxan bir günlük səyahət edənləri bundan çəkindirmək və bunun əvəzinə daha mənalı səyahətləri təşviq etməkdir” – merin müavini Simone Venturini izah edib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar