fbpx
Connect with us

Xəbərlər

Vulkan 6 min il sonra oyanıb

Səyahət dedikdə təkcə bahalı otellər, göllər, meşələr deyil, belə vulkan püskürmələri də ağıla gəlir. Hər bir təbiətsevər hazırda bu vulkanın yanında olmaq istəyər deyə düşünürük.

19 mart axşam saatlarında İslandiyanın cənub-qərbindəki Reykyanes yarımadasında, paytaxt Reykyavikdən təxminən 30 km məsafədə yerləşən “Fagradalsfjall” vulkanı püskürüb. Reuters xəbər verir ki, 6000 ildən sonra ayılan vulkan uzunluğu 500 metrdən 700 metrədək olan çat əmələ gətirib. Lavanın hündürlüyü isə 100 metrə çatır.

Püskürmənin ilk saatlarında lava bir kavadrat kilometrdən çox əraziyə yayılıb (təxminən 200 futbol sahəsi). Püskürmədən əvvəl, son dörd həftə ərzində yarımadada 40 mindən çox kiçik zəlzələ baş verib. Vulkan püskürməyə hələ də davam edir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar