Vüsalə Abdullayeva
Doğum tarixi: 31 mart, 1991
Təhsili: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Sosial şəbəkə hesabları:
Instagram: @ywf_vussalle
Facebook: Vusale Abdullayeva
Vüsalə Abdullayeva Azərbaycan Dövlət İdman Akademiyası – Atletika Fakültəsində təhsil alıb. Əvvəl yüngül atletika ilə məşğul olsa da, daha sonra sərbəst güləşlə davam edib. Milli komandada məşqlər zamanı çiynindən aldığı zədə güləşi atmağına səbəb olub.
Bir müddət idman həyatından uzaq qaldıqdan sonra yenidən aktiv həyat tərzinə qayıdır. Hazırda daha çox yürüşlər, trekkinq, qayayadırmanma və s. təbiət aktivlikləri ilə məşğul olur. Boş vaxtlarında isə at sürməyi sevir.
Əsas məqsədlərindən biri Azərbaycanda gənclərə təbiət aktivliklərini sevdirmək və təbiəti qorumağı aşılamaqdır.
Səyahət etdiyi ölkələr Gürcüstan, Türkiyə, Qətər, BƏƏ, Hindistandır. Bunlardan ən maraqlısı Hindistanın olduğunu deyir. Fərqli mədəniyyəti və mətbəxi insanı həm valeh edir həm də şok. Vüsalə deyir ki, əgər acılı və ədviyyatlı yemək sevirsinizsə hind mətbəxini mütləq dadın.
Baxmayaraq ki, çox kasıb, çirkli ölkədir və insanlar tualet ehtiyaclarını sənin gözlərin önündə edir, Hindistan mütləq görülməli yerlərdən biridir. Hindistana getdiyiniz zaman özünüzü Hollivud ulduzu kimi hiss edəcəksiniz. Çünki burada hər kəs turistlərə yaxınlaşıb şəkil çəkdirmək istədiyini bildirir.
Ən böyük arzularından biri dünya səyahətinə çıxmaq və dünyanı, yeni insanları yeni dağları kəşf etməkdir.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları