Xəbərlər
Vyetnam turistlər üçün karantini ləğv etməyi planlaşdırır

Vyetnam hökuməti noyabr ayında xarici turistlərin məcburi karantin olmadan ölkəyə gələ biləcəyi pilot proqrama başlamaq qərarına gəlib.
Beləliklə, ölkənin bəzi bölgələrinə – Quanqnin, Quanqnam, Kxanxoa əyalətləri, Dananq şəhəri, habelə Fukuok adasına gələnlər özünütəcriddən azad ediləcək.
Səyahətdən əvvəl turistlər aviabileti, otelləri əvvəlcədən bron etməli, koronavirus üçün PCR testindən keçməli və ətraflı səyahət planı təqdim etməlidirlər. Bundan əlavə, gəldikdən sonra daha iki dəfə – gəlişdən dərhal sonra və Vyetnamda olduqları yeddinci gün test verilməlidir.
PCR testinin mənfi nəticələri olsa belə, istirahət edənlər ölkə daxilində sərbəst hərəkət edə bilməyəcəklər. Attraksionları ziyarət etmək yalnız turist qrupunun bir hissəsi kimi mümkündür, marşrutdan istənilən ayrılma qeydə alınmalıdır.
Mənbə: Vietnam News

-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…