fbpx
Connect with us

Yaşar Xudiyev

Doğum tarixi: 9 fevral, 1984
Sosial şəbəkə hesabları:
Facebook: Yashar Khudiyev

Sözün əsl mənasında dünyanı ayaqlarına dolayaraq “Burdan Bura” edən insan.

Həyatı

Yaşar Xudiyev macəraçı səyyahdır. Səyyahlığa 2012-2014-cü illərdə, ABŞ-da təhsil aldığı zaman başlayıb. O, 2014-cü ilin mayında ABŞ-ın Massaçusetts ştatının mərkəzi şəhəri olan Bostondan pedal çevirərək, 45 gün ərzində 15 ştat üzərindən keçib və qərb istiqamətində 5000 km məsafə qət edərək, Arizona ştatının Böyük Kanyon vadisinə çatıb. Onun bu səfəri səyahət etdiyi dövrdə həbsdə olan Nida vətəndaş hərəkatının üzvlərinə həsr edilib. Daha sonra “Demokratiya naminə pedalla!”, “Azadlıq adına pedalla!” şüarları altında həyata keçirmiş olduğu Avropa və “Velosipedlə Afrikaya” adlı kitabında bəhs etdiyi böyük Afrika səfəri də Azərbaycandakı vicdan məhbuslarına ithaf olunub.

Velosipedlə Afrikaya

Afrika səyahəti zamanı Vətəndaş müharibəsi gedən Cənubi Sudanda, cəngəllikdə oğrular tərəfindən döyülərək ölümcül hala salınmış və əşyaları oğurlanmışdı. Xoşbəxtlikdən, özündə güc tapıb cəngəllikdən çıxmış və sağalmışdı. Və təbii ki, səyahətini sona çatdırmışdı. Bu isə ona heç də asan başa gəlməmişdi. CAR vizası olmadan çayda üzərək bu ölkəyə qeyri-leqal girmiş və səfərini Ümid burnunda tamamlamağı bacarmışdır.

Yaşar səyahəti bitirdikdən sonra kitab yazdı. “Velosipedlə Afrikaya” Azərbaycan dilində yazılan ən yaxşı səyahət kitablarından biridir.

Asiya səyahəti

Növbəti dəfə 2018-ci il 14 iyunda yola çıxan səyyah bu dəfə Azərbaycandan başlayıb Asiya qitəsinin sonuna qədər getməyi qərarlaşdırmışdı. O, bunu maşınla yox, velosipedlə də yox, piyada edirdi. Lakin, pandemiya səbəbindən Asiya səyahətini təxirə salmalı oldu.

Latın Amerikası səyahəti

Yaşar  Xudiyev hazırda 2022-ci ilin yanvar ayından başladığı velosipedlə Latın Amerikası turundadır.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar