Xəbərlər
Zaqatalada itən turist bundan əvvəl yoxa çıxmayıb
Bir neçə gündür ki, Zaqatalada itən hindistanlı turist Manikath Kondaveeti-nin 4-5 il əvvəl də Hindistanda itkin düşdüyü barədə mediada xəbərlər yayılıb. Manikath-ın o zaman 2 aydan sonra tapıldığı qeyd edilir.
Burdan Bura bu barədə məlumatı dəqiqləşdirib və xəbərin əsassız olduğu ortaya çıxıb. Onun ailəsinə yaxın olan Sushmendra Kumar Singh itən şəxsin qardaşı Dharan Kondaveeti ilə əlaqə saxlayıb və qardaşı bu məlumatı təsdiqləməyib. Medianın saxta məlumat yaydığına təəssüfləndiyini bildirib.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
55 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…