fbpx
Connect with us

Xəbərlər

19 yaşlı pilot dünyanı təkbaşına uçan ən gənc qadın olub

19 yaşlı qız Zara Ruterford dünyanı tək gəzərək rekord qırıb.

Zaranın səyahəti gözləniləndən iki ay daha uzun sürüb. Buna səbəb əlverişsiz hava şəraiti, viza gecikmələri və sənədləşmə məhdudiyyətləri ilə mübarizə aparması olub.

Zara Ruterford dünyada təkbaşına uçan ən gənc insan olmaq üçün beş aylıq səyahətə çıxmışdı. Yanvarın 20-də o, 40-dan çox ölkəni və beş qitəni ziyarət etdikdən sonra Belçikaya enib. O, yüksək performanslı iki yerlik ultra yüngül təyyarə olan Shark Aero ilə dünyanı təkbaşına gəzib. Avropa istehsalı olan kiçik bir təyyarə, kreyser sürətində uzun uçuşlar üçün xüsusi olaraq hazırlanmışdır.

Səfər zamanı o, bir ay Alyaskanın Nome şəhərində, 41 gün isə Rusiyada qalıb.

Qeyd etmək lazımdır ki, Ruterfordun valideynləri sertifikatlı pilotlardır, ona görə də o, təyyarəni necə idarə etməyi çox gözəl bilir.

O, mətbuat konfransında bildirib ki, “32.000 mil (51.000 km) uçmaq çətinliyini üzərinə götürdüyünə “çox şaddır”. Ən çətini Sibir üzərində uçmaq idi – çox soyuq idi və mühərrik dayansaydı, xilasedicilərdən saatlarca uzaqda olacaqdım. Sağ qala biləcəyimə əmin deyildim”.

Onun dünya səyahəti beş qitədə, 60-dan çox dayanacaqdan ibarət idi və avqustun 18-də başlamışdı.

Beləliklə, dünyanı təyyarə ilə tək səyahət edən ən gənc qadın Əfqanıstanda doğulan amerikalı @shaesta.waiz idi. O rekordu qıranda 30 yaşında idi. Zara isə cəmi 19 yaşındadır. O, bu fərqi 11 ildən də çox azaltmağa nail oldu. Hazırkı ən gənc kişi rekordçu Travis Ludlow-un isə 18 yaşı var.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar