Xəbərlər
19 yaşlı qız təyyarə ilə dünyanı təkbaşına səyahətə çıxıb
Böyük Britaniya əsilli Zara Rutford yüngül mühərrikli təyyarədə dünya səyahətinə çıxıb.
19 yaşlı qız 18 avqust 2021-ci ildə Belçikadan uçuşa başlayıb. Onun marşrutu Britaniya, İslandiya, Kanada, ABŞ, Latın Amerikası, Rusiya, Asiya ölkələri, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən keçəcək, sonra yenidən Avropaya qayıdacaq.
Rutfordun səyahətinin noyabrın 4-də bitəcəyi planlaşdırılır.
“Mən Zara. 19 yaşım var. 18 Avqustda dünyanı gəzməyə başladım. Kiçik bir təyyarədə tək uçacağam. Uğur qazansam, bunu bacaran dünyanın ən gənc qadını olacağam. Bu uçuşla qızları və gənc qadınları xəyallarını həyata keçirməyə təşviq etmək istəyirəm. Mən elm, texnologiya, mühəndislik və riyaziyyatda olduğu kimi aviasiyada da gender fərqini azaltmaq istəyirəm” – deyə o öz veb saytında yazıb.
Qeyd edək ki, hazırda dünyanı təyyarə ilə tək səyahət edən ən gənc qadın Əfqanıstanda doğulan amerikalı qadın @shaesta.waiz-dır. O rekordu qıranda 30 yaşında idi. Zara cəmi 19 yaşındadır. O, bu fərqi 11 ildən də çox azaltmağa çalışır. Hazırkı ən gənc kişi rekordçu Travis Ludlow-un isə 18 yaşı var.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…