fbpx
Connect with us

Xəbərlər

Ağrı dağı ekspedisiyasına yekun vuruldu

21-27 may Ağrı dağı ekspedisiyasına yekun vurulub.

21 may tarixində 11 nəfərlik qrupla Nima Şahməhəmmədinin və Qərib Tağızadən təşkilatçılığı ilə Türkiyənin Doğu Beyazıt şəhərində yerləşən Ağrı dağına yürüş edilib. Zirvə yürüşü 22 may tarixindən başladı. 1-ci düşərgə 3400m yüksəklikdə quruldu. Dağçılar 1 gün aklimatizasiyadan sonra 23 mayda 2-ci kampa 3800m qalxıb. Burda havanın kəskin dəyişməsi səbəbindən 25 mayadək bu kampda qalıb aklimatizasiya yürüşləri ediblər. Nəhayət bir çox mənbədən əldə etdikləri hava məlumatı 25 maydan 26 maya keçən gecə havanın uyğun olduğunu göstərirdi. 26 may tarixində 3800m düşərgədən saat 00:05-də -12°C temperaturda buz kramponları ilə yola düşüblər. Yuxarı qalxdıqca küləyin şiddəti artıb və temperatur -28°C-ə kimi enib. Yürüş öncəsi 3 gün şiddətli yağıntı səbəbindən qarın hündürlüyü də bir çox yerlərdə dizdən yuxarı olurdu. Buna baxmayaraq yürüşlərini davam etdiriblər. Təxminən 4300m hündürlükdən sonra küləyin şiddətinin kəskin artması həm temperaturu daha da aşağı saldı həm də, yeni yağmış qarı çovğun şəklində üzlərinə vurmağa başladı. Bu şəraitdə 4800m hündürlüyə kimi qalxmağa nail olsalar da küləyin sürətinin 60km/saat keçdiyini görüb təhlükəsizlik şərtlərini əsas götürüb həmən vaxt zirvə yürüşü edən digər komandayla bir yerdə geri dönmək qərarı alıblar. Bütün iştirakçıların sağlamlıqları qaydasındadır.

“Bu yerə gəlib çatmaq üçün komanda olaraq çox çalışmışdıq. Çox kəskin soyuq hava şəraitində Ağrının 3800m düşərgəsində 3 gün keçirdik. Zirvəyə çıxmaq bizim üçün hansısa yoldaşımızın sağlamlığı və ya həyatı bahasına başa gələ bilərdi. Bu zaman isə zirvənin bizim üçün heç bir mənası olmayacaqdı. Hər şeyə rəğmən əhval ruhiyyəmiz yüksəkdir. Çox böyük təcrübələr və dostluqlar qazandırdı bu yürüş bizə. Adamı yolda tanımaya bilərsən amma dağda mütləq çətin şəraitdə öz keyfiyyətlərini göstərir. Öz mənəvi və məlumat dəstəyini əsirgəməyən bütün dostlar var olun. Hər yaxşı dağçı yaxşı bələdçi deyil. Nima Şahməhəmmədinin peşəkarlığını və yoldaşlığını çox yüksək qiymətləndiririk. Növbəti yürüşləri səbirsizliklə gözləyirik. Bu Ağrıyla bizim İnşallah sonuncu görüşümüz deyil. Dağlarda görüşək!” – Nurlan Xudazarov qeyd edib.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar