Xəbərlər
Alina Kosovska Transkarpat marşrutunu qışda təkbaşına keçən ilk insan oldu

Fevralın 14-də Alina Kosovska Ukraynanın Transkarpat marşrutunun ilk qış keçidini təkbaşına tamamladı.
Kosovska yürüşə yanvarın 8-də başlayıb və 37 gün sonra başa çatdırıb. Gəzinti zamanı o, həmçinin marşrutlar boyunca olan daxmalara ilk yardım dəstləri çatdırıb ki, cığırdakı turistlər onlardan istifadə etsinlər. O yol boyu ya daxmalarda qalır, ya da düşərgə salırdı.
Transkarpat marşrutu Ukraynanın ən uzun yürüyüş yoludur. Ukraynanın Karpat dağları ilə Slovakiya sərhədindəki Velyky Bereznı kəndinə və Rumıniya sərhədi yaxınlığındakı Deloveye kəndinə qədər 398 km uzanır.
Ən çətin hissələrdən biri Çernoqora silsiləsi ilə Marmarosa istiqamətindədir. Bura hündürlüyü 2061 m olan Ukraynanın ən yüksək zirvəsi Hoverlanı keçmək də daxildir.
Onun orta tempi saatda 1,5 km, ən uzun günü isə Çernoqorada 12 saata 22 km qət edərkən olub.



-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…