fbpx
Connect with us

Xəbərlər

Alp dağlarında yeni rekord qeydə alınıb

Fransız skyrunner Benjamin Védrines “Spagetti Turu”nu 9 saat 18 dəqiqəyə qaçıb.

Burdan Bura xəbər verir ki, “Spagetti Turu”, ən azı 4000 metr yüksəklikdə 18 zirvəni özündə birləşdirən Alp dağlarının zirvələrindən keçən bir marşrutdur. Marşrutun çox hissəsi Val d’Aosta və Valais vadiləri arasındakı İtaliya-İsveçrə sərhədi boyunca uzanır. Marşrutun ümumi uzunluğu 29 kilometrdir. Bir bələdçinin müşayiət etdiyi adi alpinistlər üçün bu marşrut 6 gün çəkir.

Bu bənzərsiz marşrutun yaranma tarixi 1931-ci ilə təsadüf edir. Üç Sürix sakini, Monte Rosa massivindən, İsveçrənin ən yüksək zirvəsi olan Dufourspitze / Pointe Dufour zirvəsindən (4634 m) başlayaraq Pennin Alplarında yerləşən Breithorn (4164 m) zirvəsində yekunlaşdırmışdılar. 90 il əvvəl, marşrutdakı ilk sürət rekordu 2 gün idi.
Bu marşrut, əfsanəvi isveçrəlilər Ueli Stekk və Andreas Steindl-ın 2015-ci ildə buranı 14 saat 13 dəqiqəyə qaçdıqlarından sonra populyarlaşdı.

2020-ci ildə iki İsveçrəli alpinist Adrian Zurbrügg və Nicolas Hojac 13 saat 39 dəqiqəlik yeni bir rekord müəyyənləşdirdi.

İndi isə, Benjamin Wedrins rekordu 4 saat daha yaxına çəkməyə nail oldu.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar