Xəbərlər
Alpinist Sima Səfərova “Dostluq Yürüşü”ndə uğurla iştirak edib
Xəbər verdiyimiz kimi, Novruz bayramı münasibətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qadın alpinistlərinin İranda Toçal zirvəsinə 1-ci “Dostluq yürüşü” keçirilib.
Burdan Bura xəbər verir ki, Azərbaycanı bu yürüşdə qadın alpinistimiz Sima Səfərova təmsil edib. “Alaberz Club”unun və 10 fərqli ölkənin qadın alpinistlərinin də iştirak etdiyi “Dostluq yürüşündə həmyerlimiz tədbirdə uğurla iştirak edib. Onlar 22 mart tarixində Toçal zirvəsinə (3963 m) qalxmağa nail olublar.
“Dostluq yürüşü” tədbirinin bağlanış mərasimində Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edərək azərbaycanlı alpinistimiz Sima Səfərovaya və digər alpinistlərə dəstək olub. Xanım alpinistimizə mükafatı səfir təqdim edib.








-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ