Xəbərlər
AZAL Barselonaya reysləri bərpa edir
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir.
Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.
Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir. Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə – çərşənbə axşamı və bazar günü yerinə yetiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
-
Jurnal3 il əvvəlBazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Jurnal3 il əvvəlZəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər4 il əvvəlRəna Kərimova
-
Jurnal3 il əvvəlŞahdağ zirvəsi
-
Səyahətçilər4 il əvvəlOrxan Rzayev
-
Xəbərlər5 il əvvəlDünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəlYeganə Cansail
-
Xəbərlər5 il əvvəlİradə Qədirova Naxçıvan səyahəti haqqında – MÜSAHİBƏ