Xəbərlər
Azərbaycanda ilk dəfə Slou Fud fəlsəfəsinə əsaslanan menyunun təqdimatı keçirilib
Avqustun 20-də Şamaxının Adnalı kəndində Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Turizm Bürosunun, həmçinin Beynəlxalq Slou Fud Assosiasiyasının birgə həyata keçirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” (COVCHEG ) layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “slou fud” fəlsəfəsinə əsaslanan menyunun təqdimatı keçirilib.
Menyunun hazırlanmasında Slou Fud Dad Gəmisinə daxil olan yerli məhsullardan istifadə edilib. Dad Gəmisi beynəlxalq onlayn kataloq olaraq yox olmaq təhlükəsilə üzləşən yerli məhsulların qeydiyyatını aparır. Hazırda bu kataloqa Azərbaycandan 31 məhsul daxil edilib.
Təqdimat zamanı qonaqlar unikal təamları dadmaqla yanaşı istehsalçılar və alyansa üzv olan aşpazlarla bilavasitə tanış olma imkanı da qazanıblar.
Keyfiyyətli, təmiz və ədalətli qida prinsipinə əsaslanan menyunun tərtibatçıları “Slou Fud” Aşpazlar Alyansının üzvləri tanınmış aşpazlar Orxan Muxtarov və Əbülfəz Həbibovdur. Hazırda bioloji müxtəlifliyi qoruyan və ədalətli qida istehsalçılarını dəstəkləyən beynəlxalq aşpazlar şəbəkəsi olan Alyansa 400-dən artıq aşpaz daxildir və onların da 9-u Azərbaycandan olan nümayəndələrdir.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşən “COVCHEG” (Böyük Qafqaz Dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi) layihəsi Beynəlxalq Slou Fud Assosiasiyası və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilir. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq , dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slou Fud Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.
“Slou fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…