fbpx
Connect with us

Xəbərlər

Azərbaycanlı dağçı qadınlar Kilimancaro dağını fəth etdi

Azərbaycanlı dağçı qadınlar Mina ƏliyevaSima Səfərova 28 mart səhər saat 7:00-da -8 dərəcə hava şəraitində 5 saata, ümumi olaraq isə 5 günə Kilimancaro dağının ən yüksək – Uhuru zirvəsini fəth edərək Azərbaycan bayrağını dalğalandırıblar.

“Çox çətin və bir az yorucu oldu, çünki biz 5 günə zirvəni vurub düşdük, musson yağışları bir də havanın soyuğu (biz öyrəşmədiyimiz iqlimdə fərqli idi) bizi çox yordu. Buna baxmayaraq biz qarşımıza qoyduğumuz məqsədə nail ola bildik” – deyə Sima Səfərova “Burdan Bura”ya verdiyi açıqlama da qeyd edib.

Bununla da Kilimancaro dağını artıq 4 azərbaycanlı qadın dağçı fəth etmiş oldu. Daha öncə 2019-cu ildə Jamilla Artisan və 2023-cü il yanvar ayında Günay Əliyeva zirvəni fəth etmişdi.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar