Xəbərlər
Azərbaycanlı dağçılar Ağrı dağına çıxmağa hazırlaşırlar
Azərbaycanlı dağçılar Ağrı dağına çıxmağa hazırlaşır.
Bu barədə məlumatı təcrübəli dağçı Toğrul Cəfərov öz sosial şəbəkə hesablarında paylaşıb.
“Bu saatlarda iki nəfər azərbaycanlı Ağrı dağının 3200 metrlik kampında çadırda yatır. Onlar “Exploremountains”ın üzvü, təcrübəli dağçı Rinat Rəhimxanov və “Tufan Dağçılıq Klubu”nun üzvü, son bir ildə dağların qəniminə çevrilən Xanlarzadə Xanlardır.
Dağçılarımız mart ayının 19-u Bakıdan çıxaraq axşama Doğubeyazıta çatmışdır. Bir günlük istirahətdən sonra 21 mart tarixində yürüşə başlamış və 3200 metrdə düşərgə qurmuşlar. Sabah 4000 metrə qədər akklimatizasiya yürüşü etdikdən sonra birisi gün 4200 metrdə düşərgə quracaqlar. Hər şey planlandığı kimi gedərsə dağçılarımız 24 martda zirvəyə cəhd edəcəklər.
Bu günə olan məlumat belədir: hava küləksizdir, hərarət -10 dərəcə (saat 22:00 üçün), qar dizdən yuxarıdır, yeriməyi çətinləşdirir.
Dağçılarımıza uğurlar arzu edirəm və havanın onlar üçün yaxşı olmasını diləyirəm” – deyə o bildirib.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…