Xəbərlər
Bakıda əfsanəvi alpinist Denis Urobko ilə görüş keçirildi

Oktyabrın 21-də “Hyatt Regency”-nin konfrans zalında əfsanəvi Denis Urubko ilə görüş keçirildi. Dövrümüzün məşhur alpinistinin maraqlı çıxışı, ekstremal vəziyyətlərdə çəkilmiş unikal videoqeydləri nümayiş olundu. Bütün bunları yalnız Denisin çıxışları zamanı görmək olar. Təhkiyəçilik istedadı, auditoriya ilə dialoq qurmaq qabiliyyəti, zaldakıların bütünlükdə diqqətini cəmləyə bilmək bacarığı və Denisin şəxsi xarizması axşama qeyri-adi rəng qatdı. Onlarla insan həyatının xilası, unikal məşqlər, təbiətə qayğı, dağlarda prinsipləri və təhlükəsizliyi gözləmək… Zaldakılar qeyri-adi atmosferə düşmüşdülər, bu, oksigen azlığı şəraitində faciənin bütün dramatizmini duymağa, insan orqanizminin iş imkanlarının hüdudlarını görməyə, Denisin çox zaman təklikdə yaşadığı qələbə sevincini hiss etməyə kömək olurdu.
Görüşün təşkilatçısı Azərbaycan Alpinizm Federasiyası idi.









-
Jurnal3 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər4 il əvvəl
Rəna Kərimova
-
Jurnal3 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər5 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Orxan Rzayev
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Jurnal3 il əvvəl
Şahdağ zirvəsi
-
İdman3 il əvvəl
Futbol 90 dəqiqə deyil…