fbpx
Connect with us

Xəbərlər

Bolqarıstan viza rejimini sərtləşdirib

Bolqarıstan hakimiyyəti Şengen vizası ilə ölkəyə daxil olanlar üçün köhnə sərhəd qaydalarından imtina etdiyini açıqlayıb.

Aprelin sonunda rəsmi olaraq qüvvəyə minmiş yeni qərara əsasən, Şengen vizası olan, lakin vizanı hələ istifadə etməmiş əcnəbilərə Bolqarıstan ərazisinə giriş qadağan ediləcək.

Bolqarıstan səfirliyinin bəyanatında deyilir: “İki və çoxdəfəlik Şengen vizalarının sahibləri Bolqarıstan Respublikasına yalnız iki və ya çoxdəfəlik Şengen vizasından ən azı bir dəfə Şengen Sazişi olan ölkəyə daxil olmaq üçün istifadə edildiyi halda daxil olmaq hüququna malikdirlər”.

Bu da maraqlıdır: Xorvatiya Şengen zonasına daxil olacaq

Bolqarıstan özü Avropa İttifaqı ölkəsidir, lakin hələ Şengen zonasına daxil olmayıb. Eyni zamanda, Bolqarıstan Şengen vizalarının bütün sahibləri üçün vizasız rejimə malikdir.

Bolqarıstan 2007-ci ildən Aİ-nin ümumi viza siyasətini tətbiq edir və Şengen zonasına daxil olmaq üçün çalışır.

“Şengen zonasına qoşulmaq ölkəmiz üçün əsas prioritetdir. Bolqarıstan hökuməti əsas milli prioritetlərdən birini – Bolqarıstanın Şengen zonasına qoşulmasını yerinə yetirməkdə qərarlıdır”, – Bolqarıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar