Xəbərlər
DTA və ATB nümayəndələri Naftalanda olublar
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Destinasiyalarla iş sektorunun müdiri Don Taylor, DTA-nin Regional turizm inkişafı sektorunun müdiri Elgün Cavadov, ATB-nun turizm məhsulu sektorunun müdiri Şərifə Həsənova, Gəncə Destinasita Menecment Təşkilatının direktoru Zaur Bayramov və digər məsul əməkdaşlar Naftalan ŞİH-də olublar.
Qonaqlar Naftalanda turizm informasiya mərkəzinin və veloturlar və velosiped kirayəsi dayanacağında son tamamlama işlərinə baxış keçiriblər. Həmçinin, şəhərdə quraşdırılmış yerli və xarici turislər üçün yeni istiqamətverici turizm məlumat nişanları ilə, eləcədə layihəsi planlaşdırılmış amfiteatrın qurulacağı əraziylə tanış olublar.
Daha sonra ATB və DTA-nın əməkdaşlarının maraqlarına səbəb olmuş Naftalanda qədim tunc dövrünə aid olan Qalaboynu adlandırılan çox təbəqəli yaşayış yerində də oldular. Naftalanın dünyada analoqu olmayan şəfaverici nefti ilə yanaşı həm də böyük arxeoloji turizm potensialına malik olması qonaqların diqqətinə çatdırılmışdır.
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…