fbpx
Connect with us

Xəbərlər

Dünya səyyahlarının Qarabağa səfəri başa çatıb

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.

Burdan Bura xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan 24 səyahətçi Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın və Füzulidə olublar.

“Most Traveled People” cəmiyyətinin yaradıcısı, San-Fransiskodan olan səyyah Çarlz Villi bildirib ki, onlar infrastrukturla bağlı görüləcək işlərlə maraqlanıblar.

“Bizim təklif etdiyimiz ilk iş yolların yenidən qurulmasıdır. Bu bölgənin təbiəti və potensialı çox böyükdür. Məni ən çox təəccübləndirən Laçında, belə dağlıq ərazidə aeroportun olması oldu. Həmçinin Qarabağ piyada gəzintiləri üçün əla yerdir”.

Türkiyədən olan səyahətçi Uğur Dəmircan Qarabağa səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

“Biz Zəngəzur dəhlizinin tikintisinin tamamlanmasını gözləyirik, bundan sonra Türkiyədən Azərbaycana turist axını olacaq. Müharibə faciədir, lakin gözəl bir şey yaratmaq üçün fürsətdir. Qarabağda vandalizm gördüm, qorxuludur. Ağdam xüsusilə qorxuludur. Hətta insanların ziyarət etməsi və gələcək nəsillər üçün vandalizm nümunəsi olması üçün onu olduğu kimi saxlamağı təklif etdim”.

Nyu-Yorkdan olan səyahətçi Liya Abmamonte öz növbəsində bildirib ki, Füzuli aeroportu və Zəngilanda tikilməkdə olan hava limanı möhtəşəmdir, uçuşların axını üçün orada müntəzəm reyslər lazımdır”.

Bütün səyahətçilər ümumi üzvlük sayı 20 min nəfər olan “Most Traveled People” cəmiyyətini təmsil edir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar