Xəbərlər
Ekspertlər: Dünya turizmi tanınmaz dərəcədə dəyişəcək

Növbəti on ildə turizmin əhəmiyyətli dəyişikliklərə məruz qalacağı gözlənilir – əsas mərkəz Asiyaya keçəcək. Hazırda ən böyük turizm iqtisadiyyatına malik ölkələrin siyahısına rəhbərlik edən ABŞ və Almaniyanın yeri Çin və Hindistan tərəfindən tutulacaq. Bu cür məlumatlar Dünya Səyahət və Turizm Şurasının (WTTC) İqtisadi Trendlər üzrə Oksford İqtisadiyyat Hesabatında yer alıb.
Araşdırmaya görə, indiyə qədər turizm sahəsində ilk üçlükdə ABŞ, Çin və Almaniya qərarlaşıb. ABŞ hələ də liderdir, lakin 2019-cu ildə səyahət və turizm sektorunun ABŞ iqtisadiyyatına töhfəsi artıq 700 milyard dollar azalıb, 2021-ci ildə isə 1,3 trilyon dollardan aşağı düşüb. Buna baxmayaraq, Birləşmiş Ştatlar qlobal turizm sənayesində bir nömrəli olaraq qalır, lakin onların liderliyinin tezliklə bitəcəyi deyilir.
Çin, bütün covid qapanmalarına baxmayaraq, ilk üçlükdə qalmağa davam edir. Turizmin ümumi daxili məhsula (ÜDM) töhfəsinə görə Çin 814 milyard dollarla ikinci yerdədir və ekspertlərin fikrincə, 2032-ci ildə artıq siyahının şəksiz lideri olacaq. Çinin səyahət və turizm sektorunun ölkənin ÜDM-ə töhfəsi bu tarixə qədər 3,9 trilyon dollara çata bilər.
Üçüncü yerdə turizmdən 251 milyard dollar qazanan Almaniyadır. Mütəxəssislərin fikrincə, Hindistan tezliklə 457 milyard dollara çataraq onu əvəzləyə bilər. Böyük Britaniya və digər “ənənəvi Avropa” ölkələrinin də geriyə düşəcəyi proqnozlaşdırılır.
Türkiyəyə gəlincə, onun üçün nə uğursuzluq, nə də uğur proqnozlaşdırılmır. 2019-cu ildə 78,2 milyard dollarlıq turizm sənayesi ilə ilk 20-likdə 18-ci yeri tutmuş, 2021-ci ildə bu rəqəm 59,3 milyard dollara geriləmiş, nəticədə Türkiyə 15-ci olmuşdur. Hesabatda Türkiyənin 2032-ci ildə də ilk 10-luğa girməyəcəyi proqnozlaşdırılır.

-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Səyahətçilər4 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Jurnal2 il əvvəl
Şahdağ zirvəsi
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…