fbpx
Connect with us

Xəbərlər

Elbrusda 5 alpinist ölüb, 14 nəfər zərər çəkib

Elbrus dağına qalxma zamanı 5 alpinist ölüb, yürüşün 14 iştirakçısı isə xilas edilib. 11 nəfər sınıq və donma ilə xəstəxanaya çatdırılıb.

Təxminən 5400 metr yüksəklikdə olan insanların axtarış və xilasetmə əməliyyatı yeddi saatdan çox davam edib. Hava şəraitinin pis olması; küləyin sürəti 40-70 m/s-ə, havanın temperaturu -20 dərəcə, güclü qar və axtarış sahəsindəki görüntünün bir metrdən çox olmaması xilasetmə əməliyyatını çətin vəziyyətə salıb.

Axtarış-xilasetmə işlərinə ümumilikdə 69 nəfər və 16 ədəd texnika cəlb edilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Elbrusda axtarış-xilasetmə işləri gecə saat 2.45-də başa çatıb. Belə ki, fövqəladə vəziyyətə düşən alpinistlər bir gündən çoxunu dağda keçiriblər.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar